Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2018
16:51
1167
`Azərbaycan Dəmir Yolları`nın bəzi xərcləri kəskin artıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yük və sərnişin daşınması üzrə bəzi xərcləri kəskin artıb.

Bu barədə FaktXəbər-ə qurumdan məlumat verilib.

Məlumata görə, 2017-ci ildə səhmdar cəmiyyət ona məxsus qatarların 1 km yük daşımasından 2016-cı ildə olduğu kimi orta hesabla 0,05 manat gəlir əldə edib, əvəzində 0,02 manat xərc çəkib. Yəni, göstəricilər dəyişməyib.

Bununla belə, hər qatarın 1 km yük daşıma xərci 10,3% artaraq 22,35 manata, hər vaqonun 1 km yük daşıma xərci isə 14,3% artaraq 0,08 manata çatıb.

Sərnişindaşımaya gəlincə isə, ADY ona məxsus qatarların 1 km sərnişin daşımasından əldə etdiyi gəlirin və çəkdiyi xərcin orta məbləğini açıqlamayıb. Yalnız o, məlumdur ki, ötən il hər qatarla 1 km sərnişin daşımaq quruma əvvəlki illə müqayisədə 2,4 dəfə baha – 35,27 manata başa gəlib. Bu göstərici oturacaq üzrə isə 2,75 dəfə artaraq 0,11 manat təşkil edib.

Ayrı-ayrı qatar növlərinə gəlincə isə, hər elektrik qatarı (qısa qatar) ilə 1 km sərnişin daşımanın xərci 2,1 dəfə artaraq 129,63 manat, hər sərnişin qatarı (uzun qatar) ilə 1 km sərnişin daşımanın xərci isə 2 dəfə artaraq 32,98 manat olub.

Bundan başqa, 2017-ci ildə ADY-nin yük daşıma xərclərində enerji xərclərinin payı 19%-dən 22%-ə yüksəlib, sərnişin daşıma xərclərində isə 38%-dən 28%-ə düşüb.

Ötən il səhmdar cəmiyyət dəmir yolu infrastrukturunun 1 km-nə 26 760 manat xərc pul qoyub ki, bu da əvvəlki ilə nisbətən 27,6% çoxdur. 2017-ci ildə hər lokomotin 1 km hərəkət etməsinin xərci isə 13,85% azalaraq 5,6 manata düşüb.

Lokomotiv parkından söz düşmüşkən, ötən il bu sahədə nasazlıq hallarının sayı 3,1 dəfə azalaraq 429 olub. 

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 15:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru