Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2018
16:09
Araz Abdullayev `Neftçi`də oynaya bilər

"Qəbələ"nin mövsümün əvvəlində Kiprin "Anortosis" klubuna icarəyə verdiyi Araz Abdullayevin müqaviləsi başa çatmaq üzrədir. Famaqusta təmsilçisi millimizin üzvünü heyətində saxlamaqda maraqlı deyil və bu səbəbdən "Qəbələ" ilə danışıqlara getmək istəmir.

Roman Qriqorçukun planlarına daxil olmayan Araza ölkə xaricindən təkliflər var. Kipr və Avropanın ortabab klubları 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Lakin Arazın ölkəmizə dönmək variantı da var. Cinah futbolçusunu sabiq komandası "Neftçi" istəyir. Paytaxt klubu bunun üçün hər hansı bir addım atmasa da, transfer siyahısına Abdullayevin də adını qeyd edib.

Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə "Neftçi"nin formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb. 2016-cı ilin qışında isə Araz "Qəbələ" ilə iki illik müqavilə imzalamışdı.(sportal)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Araz Abdullayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 19:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com