Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2018
13:30
2235
Əbülfəz Qarayev bəzi işçilərin vəzifədən uzaqlaşdırılacağını dedi

"Biz istiqamətimizi dəyişdirmirik, işimizi davam etdiririk".

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

Ə. Qarayev bildirib ki, turizm sənayesi artıq iqtisadi axınla idarə olunacaq: "Çünki Azərbaycan turizmi iqtisadiyyatımıza böyük töhfə verməkdədir. Mədəniyyət işçiləri də Azərbaycanın təbliğində, tanınmasında, turistlərin cəlb olunmasında, onlarla layihələrin həyata keçirilməsində fəaliyyətə davam edəcək. Bizim muzeylərdə, qoruqlarda, hər sahədə görülən işlər Azərbaycanı tanıtmağa, dərindən öyrənməyə imkan verir".

Nazir Mədəniyyət Nazirliyində kadr islahatlarının da olacağını vurğulayıb: "Sözsüz ki, kadr islahatları olacaq. Yenilik həmişə lazımdır".

Məqalədə : Əbülfəz Qarayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2018 08:53

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status