Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2018
15:33
669
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 34-CÜ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

34- ALLAH SEVƏNLƏRİ BAĞIŞLAYIR

İnsanın özünü aldatmaq, etdiklərini qanuniləşdirmək və nəticədə özünü təmizə çıxarmaq sahəsindəki bəhanələri heç vaxt bitmir. Amma bunlardan yəqin ki, ən qəribə olanı xalq arasında geniş yayılmış bir ritorika olan "Allah sevənləri bağışlayır" inancıdır.

Baxılan serial və filmlərdə qeyri-qanuni eşqlərin insanların qanını qaynatması, həyəcan içində təqdim edilən eşq səhnələrinin əxlaqsızlıq deyil, ehtiraslı məhəbbətin məsum əlaməti kimi qəbul edilməsi başadüşlən deyil. İnsanların romantizm başlığı altında Allahın buyurduqlarından kənara çıxmaları özlərini aldatmaq üçün tapdıqları örtükdən ibarətdir. Heç bir sevgi insanın gördüyü haram işləri təmizə çıxara bilməz.

Bununla yanaşı sevginin Allah dərgahında müqəddəs olduğu, ya da sevdiyi üçün özünü öldürənlərə haqq verilərək bu addımın sevgnin böyüklüyünün göstəricisi kimi qəbul edildiyi də müşahidə olunur. Bəzi insanlar ehtiraslı məhəbbətlərinə görə sevdiyi, ya da qeyri-qanuni münasibət qurduğu şəxs uğrunda cəhənnəmdə yanmağa, uğrunda ölümə hazır olduqlarını bildirirlər. Bu, cəhalətin və qeyri-səmimiliyin son nöqtəsidir.

Bu kimi iddialar səsləndirən, ancaq balaca bir çətinlik və ya dünyəvi mənfəət uğrunda canını verəcəyini dediyi sevdiyini yarı yolda qoyan, ailəsini dağıdan kifayət qədər insan görmək mümkündür. Heç kim özünü və ya başqasını aldatmasın. Ancaq Allah üçün sevənlər hər zaman ucalırlar.

“Rum” surəsinin 21-ci ayəsində buyurulur: “Onların yanında aramlıq tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.”

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 15:31

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru