Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2018
09:20
2964
`Barselona`dan növbəti qələbə, `Real` isə məğlub oldu - VİDEO

Dünən İspaniya kubokunun finalına görə 34-cü həftədə təxirə salınan "Barselona" - "Vilyareal" qarşılaşması baş tutub.

FaktXəbər-in məlumatına görə, katalonlar 11-ci dəqiqədə Felipe Kautinyo, 16-cı dəqiqədə Paulinyo, 45-ci dəqiqədə isə Lionel Messinin qolları ilə hesabı 3-0 ediblər.

"Vilyareal" 54-cü dəqiqədə Nikola Sansonenin qolu ilə hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. Əvəzində isə Osman Dembelenin 87 və 90-cı dəqiqələrdə vurduğu qollarla "Barselona" 5-1 hesabı ilə qələbə çalıb.

Gecənin digər qarşılaşması isə Sevilyada baş tutub. "Sevilya" öz meydanında "Real Madrid"i qonaq edib. Oyunda hesabı 26-cı dəqiqədə ev sahibləri açıblar. Vissam Ben Yedder müdafiənin səhvini bağışlamayıb. 45-ci dəqiqədə isə Miquel Layun hesabı 2-0 edib. 84-cü dəqiqədə "Real"ın kapitanı Serxio Ramos öz qapısna vurduğu qolla hesabı fantastik həddə çatdırıb. "Real"ın bundan sonra sadəcə iki top vurmağa gücü çatıb. 87-ci dəqiqədə Borja Mayoral, 90 dəqiqədə isə Ramos 11 metrlik cərimə zərbəsi ilə hesab arasındakı fərqi minimuma endirib. Oyun elə bu hesabla da başa çatıb.

Hazırda "Barselona" 90 xalla La Liga lideridir. Ondan 15 xal geri olan "Atletiko Madrid" 75 xalla ikinci, "Real" isə 72 xalla üçüncüdür.

Məqalədə : Barselona Real Madrid 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 07:18

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru