Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2018
08:55
İsrail Suriyanın RLS sistemini vurub - VİDEO

Suriya Ərəb Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri İsrailin onlarla raketini vurub.

FaktXəbər-in rəsmi SANA agentliyinə istinadən məlumatına görə, İsrail rejiminin Suriyada hədəf aldığı hərbi obyektlərə tuşlanmış onlarla raketi vursa da, onlardan bəziləri hərbi hissələri, Radio Lokasiya Sistemlərini və silah anbarlarını düşüb.

Hərbi mənbələrdən SANA-ya bildirilib ki, İsrail təyyarələri işğal edilmiş ərazilərdən raket zərbələri endiriblər.

Livan ordusunun komandanlığı bildirib ki, İsrailin 4 hərbi təyyarəsi Suriyaya zərbələr endirildiyi vaxt ölkə sərhədlərini pozub.

İsrailin Əl-Baat şəhərinə atdığı raketlər isə Suriya HHQ tərəfindən havadaca vurulub. Şəhərdə tələfat qeydə alınmayıb.

İsrail KİV-lərinin yazdığına görə rejim rəhbərliyi Suriyanın işğal olunmuş Colan yüksəkliyində yeni yaşayış məntəqələri salmaq istəyir. Bu məqsədlə mühacirlərin ora yerləşməsi barədə tapşırıq verilib. İsrail KİV-ləri həmçinin iddia edir ki, Colan yüksəkliyindən İranın "Əl-Qüds" briqadaları İsrail bazlarına 20 ədəd raket atıb. Amma bunu sübut edəcək hər hansı bir görüntü təqdim edilməyib.



Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 11:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com