Formula- 1 qurğuları tam söküləcək - Bakıda hərbi paradın keçirilməsi gözlənilir - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 May

2018
21:22
4656
Formula- 1 qurğuları tam söküləcək - Bakıda hərbi paradın keçirilməsi gözlənilir - VİDEO

Paytaxtın mərkəzi hissəsində Formula- 1 yarışları üçün qurulan qurğular söküləcək. 

Bu haqda Xəzər Xəbər''ə "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib. Onun sözlərinə görə, Bakıda Formula-1 yarışları üçün qurulan bütün qurğular tam şəkildə söküləcək və şəhər əvvəlki vəziyyətinə qaytarılacaq'.

Buna səbəb bu il Bakıda böyük hərbi tədbirlərin keçirilməsidir. Qurğuların sökülməsi isə növbəti ay ərzində tam yekunlaşacaq.

Hazırda yarışın keçirildiyi ərazinin bir neçə hissəsindən qurğuların söküntüsü işi həyata keçirilir. Artıq Hökümət evi ilə üzbəüz və Azneft dairəsində qurulan tiribunlar sökülərək ərazidən daşınıb.

Qeyd edək ki, Müadifə Nazirliyi tərəfindən rəsmi açıqlama olmasa da, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə hərbi paradın keçiriləcəyi gözlənilir.

Məqalədə : Formula 1 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 17:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com