Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 May

2018
16:54
Türkiyə və ABŞ arasında gərginlik yenidən yüksələcək - FOTO

ABŞ prezidenti Donald Tramp ilə generalları arasında, eyni zamanda ABŞ ilə Türkiyə arasında münasibətləri gərginləşdirən Suriyanın Menbiç vilayətində yeni hadsiələr baş verməkdədir. ABŞ əsgərlərinin bölgədən çıxıb çıxmayacağına dair dəqiq məlumatın verilmədiyi bir vaxtda "Reuters" xəbər agentliyi bu gün özəl fotolar təqdim edib.

FaktXəbər-in məlumatına görə, "Reuters"ə açıqlama verən şəxslər ABŞ-ın 3 ay əvvəl Menbiçdə baza yaratdığını açıqlayıb. 

Məlumatda bildirilir ki, sözügedən bazada ABŞ əsgərləri ilə bərabər fransızlar da var və Afrin əməliyyatından sonra koalisiya qüvvələri burada güclənməyə başlayıblar.

"Reuters"in yayımladığı fotoları, "ABŞ qüvvələri Menbiçdə yeni baza yaradır" başlığı ilə təqdim edib, amma ətraflı məlumat verməyib.

Qeyd edək ki, Türkiyə Suriya ərazisində PKK/YPG terror təşkilatına qarşı əməliyyat keçirəcəyi növbəti bölgə kimi Menbiçi göstərmişdi. Hətta bunun üçün Türkiyə ABŞ əsgərlərinin Menbiçdən çıxması üçün rəsmi müraciət etmiş və Vaşinqton-Ankara xəttində gərginlik artmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ Suriya PKK 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 12:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com