Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 May

2018
14:15
Qubada qadın mal-qaraya qulluq edərkən zəhərlənib

Quba rayonunda mal-qaranı dərmanla yumaq istəyən qadın zəhərlənib.

Rayonun Qam-qam kənd sakini, 1975-ci il təvəllüdlü Bəsti Nadir qızı Hidayətova səhər saatlarında heyvanları dərmanla yuyarkən zəhərlənib. 

Qadın Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan xəstənin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. 

Məlumata görə, heyvanları dərmanla yuyan zaman 3 baş iribuynuzlu mal-qara da zəhərlənib. Rayon Baytarlıq İdarəsinin həkimləri tətəfindən vaxtında müdaxilə edilsə də 1 baş iribuynuzlu heyvan tələf olub. 

Faktla bağlı araşdırma aparılır.(report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : mal-qara 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 23:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com