Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 May

2018
12:38
6863
Qarabağ mitinqinə icazə veriləcəkmi?

Qarabağ Azadlıq Təşkilatı (QAT), həmçinin bir sıra ictimai təşkilatlar, Qarabağ döyüşçüləri Qarabağ mitinqi keçirmək üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət göndərib.

Mitinqin keçirilməsində məqsəd Dağlıq Qarabağ və digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirməkdir.

FaktXeber.com bununla əlaqədar Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağıdan münasibət öyrənib.

Müsahibimiz bildirdi ki, Qarabağ tələbi artıq cəmiyyət tərəfindən ortaya qoyulmalıdır: "Xaricdə -  Avropada dəstək mitinqi keçirməyə hazırlaşırlar. Amma təəssüf ki, Bakı şəhər İcra Hakimiyyətindən hələ heç bir xəbər yoxdur, Dünən də əlaqə saxlamışıq, deyirlər ki, müzakirə olunur, amma hələ qərar yoxdur."

QAT sədri əlavə etdi ki, tədbirə hər kəs dəvət olunub: "Biz dəfələrlə sosial şəbəkələrdə müraciət etmişik, mətbuat vasitəsilə hamıya bildirmişik ki, heç kimə şəxsi müraciət olunmur. Qarabağ hamımızın məsələsidir, hər kəs iştirak etməlidir - partiyalar, icimai qurumlar, veteran təşkilatlar üzvləri ilə birlikdə orda olmalıdırlar. Qeyri-rəsmi ordan-burdan deilib ki, iştirak edəcəyik. Rəsmi olaraq isə təkcə Milli Demokrat Partiyasının rəşhbəri İskəndər Həmidov müraciət edib."

Mitinqə icazə verməyə gəldikdə isə QAT sədri bildirdi ki, bunun əksi üçün heç bir  əsas yoxdur: "İzn verilməzsə, bu, hakimiyyət üçün böyük rüsvayçılıqdır və bunu əsaslandırmalıdırlar. Əgər ölkədə fövqəladə, ya hərbi vəziyyətdirsə, heç bir kütləvi tədbirə icazə vermirlərsə, bu başa düşüləndir. Amma hansısa partiya, ya partiyalar birliyinə icazə verirlər, Qarabağla bağlı mitinqə isə izn vermirlərsə, bu sualın cavabı aydınlaşmalıdır."

Akif Nağı müraciətlərinə "yox" cavabı veriləcəyi halda, təşkilatçıların ümumi qərara gələcəyini dedi: "Burada Qarabağın adı var, insanların kütləvi şəkildə bu işə dəstəyi var, ona görə qanundankənar addımlar atıb, münasibətləri kəskinləşdirmək istəmirik."

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
232

Sabahın hava proqnozu açıqlanıb

22

May
14:01
ÖLKƏ
1152

İlqar Məmmədov polisə çağırıldı

22

May
12:52
HÜQUQ,HADİSƏ
92
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 15:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru