Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 May

2018
10:18
Avropanı idarə edənlər ABŞ-ın addımına qarşı narahatlıqlaını bildiriblər

"ABŞ-ın İranla nüvə sazişindən çıxmasına dair birtərəfli qərarı həyəcan doğurur." 

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

Bəyanatda Türkiyənin İranla nüvə sövdələşməsinə nail olmaq üçün fəal səylər göstərdiyi qeyd olunub: “Beynəlxalq  Atom Enerjisi Təşkilatının hesabatları İranın saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini təsdiqləyir. Bütün fikir ayrılıqları, Birgə Hərtərəfli Tədbirlər Planına uyğun olaraq, diplomatik yolla həll olunmalıdır. Onun icrası davam etdirilməlidir”, - deyə sənəddə qeyd olunur.  

2015-ci ilin iyul ayında umzalanmış İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına daxil olan “altılıq ölkələri”ndən Almaniya, Böyük Britaniya və Fransa da ABŞ-ın addımına görə birgə bəyanat yayıblar.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Tereza Meyin imzasını daşıyan bəyanatda bildirilir ki, ABŞ-ın bu qərarı kədər və narahatlıq yaradıb.

Bəyanatda  tərəflərin müqaviləyə sadiq qaldığı və bunun ümumi təhlükəsizlik üçün vacib olduğu bildirilib. Qeyd edilib ki, İranın nüvə sazişi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamə ilə dəstəklənir və bütün tərəflər sazişin tam həyata keçirilməsi üçün məsuliyyətlə hərəkət etməlidir.

Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini isə bildirib ki, saziş 12 illik diplomatiyanın məhsulu və ən böyük uğurlarından biridir: “Bu müqavilə hamımıza aiddir. Bu müqaviləni beynəlxalq ictimaiyyətlə davam etdirəcəyik. Saziş regionun, Avropanın və bütün dünyanın təhlükəsizliyi baxımından çox vacibdir. Aİ təhlükəsizlik maraqlarını əsas tutur. Biz müqaviləni davam etdirəcəyik”,- deyə o, qeyd edib.

Məqalədə : ABŞ İran nüvə sazişi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru