Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2018
10:13
Allahın ev sahibliyi etdiyi mənəvi ay başlayır

Yenidən ilahi bir səs, can və ruhumuzu  böyük bir ziyafətə çağırıb, aktual həyat məqamından bizi gözəl həqiqətə yönəldir. Bu gözəl səs, mübarək və kəramətli bir ayın gəlişini vəd edir. Ramazan ayı hər zamankı kimi, rəhmət və bərəkətiylə birlikdə gəlib çatdı.

Bu ay mənəvi yarış ayıdır. Bu yarışda hər kəs mükafatlandırılacaq, əməyinin qarşılığını görəcək. 

Keçmiş zamanlara baxdıqda vaxtın tez gəlib keçdiyini görürük. Gəzən zaman axarında gəncliyi orta yaşa, orta yaşı da qocalığa çatdırırıq. Həqiqətən gəlib keçən günlərdə nələr əldə etdik, həyatımızın qiymətli sərmayəsinə hansı təcrübə və zənginlikləri qatdıq? Boş qayğılar və həyatın narahatlıqları ruhumuzu qınayır. Lakin bu günlərdə və bənzər saatların müəyyən anlarında bir parlaq nur cilvəsi özünü göstərir.

Ramazan ayının günlərindəki fürsətlər çox məhduddur. Lakin eyni zamanda bu günlər və məqamlar bizə yeni güc və nəfəs qazandıran məqamlardır. Çünki bu ayın məqamlarında bəşəriyyət və Allaha qulluq dəyərlərini yenidən canlandırırıq. İslam peyğəmbəri Hz.Məhəmməd (s) Ramazan ayını Allahın ayı və səma qapılarının açıldığı ay olaraq tərif edir. Ramazan ayındakı ibadət, insanının bədəni və ruhunu, ən uca əxlaqi və mənəvi dəyərlərlə vərdiş etdirib, möhkəmləndirir. Oruc, insana şirin və fərəhli məqamlar yaşadır. Lakin bu mənəvi ləzzətlərə çatmaq, şüurlu və faydalı bir səy tələb edir. Əlbəttə, bəziləri Ramazan ayında baş verənləri dərk etməyib, nemətlərindən də məhrum olurlar.

Rəsulullah (s.ə.v) belə buyurur: "Ey insanlar, Allahın ayı olan Ramazan ayı, bərəkət, rəhmət və bağışlanma ayıdır. Allah qatında ən yaxşı ay Ramazan ayıdır. Bu ayın gündüzləri ən yaxşı gündüzlər, gecələri də ən gözəl gecələrdir. Sizlər bu ayda Allahın qonağı olub, ilahi ziyafətə çağırılmısınız. Sizin Ramazan ayındakı nəfəsləriniz təsbehdir. Yuxularınız ibadət, əməlləriniz qəbul edilmiş, dualarınız da qəbul edilmişdir. Pak niyyətlərlə Allahı zikr edin, Allahdan oruc tutma və kitabı Quranı tilavət etmə müvəffəqiyyətini sizlərə verməsini Ondan diləyin.

Ziyan və zərərə məruz qalan, bu ayda ilahi rəhmət və əffdən məhrum qalan kimsədir. Ramazan ayındakı aclıq və susuzluq məqamları ilə qiyamət günündəki aclıq və susuzluğu yada salın və fikirləşin. Yoxsul və yolda qalmışlara sədəqə verin. Böyüklərə hörmət edin və kiçiklərə sevgi ilə yaxınlaşın. Ey insanlar, kim ramazan ayında gözəl əxlaqlı olsa, addımların sürüşdüyü gündə asanlıqla sirat körpüsündən keçib, gedər. Ey insanlar, ramazan ayında cənnət qapıları açılar. Bu qapıların bağlanmamasını Allahdan istəyin. Bu ayda cəhənnəm qapıları bağlanar. Bu qapıların açılmamasını da Allahdan istəyin."

Ramazan ayında səmanın qapıları açılar. Böyük bir bayram təşkil edilər. Hər kəs Allahın ev sahibliyi etdiyi bu mənəvi bayrama qoşula bilər. Sübhün fəcrindən günəşin batışına qədər imsaq edilər. Lakin yemək yemək və içməkdən çəkinməkdən çox imsaqa dərin məna qazandıran şey günaha girməkdən, çirkinlik və əxlaqsızlıqlardan çəkinməkdir. Ramazan ayında müsəlman insan Allahla dərin bir əlaqə yaradar. Bu əlaqə yolu ilə insan ruhi boşluqlar və əskikliklərdən xilas olar. İlahi rəhmət insanı fəsad və pislikdən uzaq tutar. 

Növbəti Ramazan ayına kimi yaşayıb-yaşamayacağımız məlum olmadığı üçün, bu ayın bəhrəsini əldən verməyək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ramazan ayı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 19:56



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com