Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2018
12:24
1635
Körpələr evinin baş həkimi işdən çıxarıldı

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb. 

Körpələr evi ətrafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Bildiriblər ki, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifəsindən kənar qalacaq. 

Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən qidaların oğurlandığı iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla Prado markalı maşına daşındığı əks olunurdu.(baku.ws)

Məqalədə : Körpələr evi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 07:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com