Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2018
10:55
4401
Bayram Səfərov: Serj Sarqsyan erməni xalqının düşmənidir

"Bu gün Ermənistan heç bir məsələyə təsir edəcək gücdə deyil. Onlar öz başlarının hayına qalıblar."

FaktXəbər-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib: "Ermənistan hələ öz başına çarə qılsın, daxilində sabitlik yaratsın, bu illər ərzində erməni xalqının başına gələn müsibətlər, aclıq aradan qaldırılsın, dünyanın inkişaf etdiyi bir zamanda şəraitlərini düzəltsinlər, sonra Qarabağ barədə iddiada olsunlar. Bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır."

Daha sonra Serj Sarqsyanın istefası məsələsinə toxunan Bayram Səfərov bildirib ki, bu, onun üçün gözlənilməz olmayıb: "Onun istefası hələ bir qədər gecikmişdi, mən daha əvvəl gözləyirdim. Çünki Serj Sarqsyan təkcə azərbaycanlıların yox, həm də erməni xalqının düşmənidir. Serj Sarqsyan və Robert Köçəryan Ermənistanın bugünkü səfələtinin baiskarlarıdırlar. Onlar öz hakimiyyətlərini qorumaq üçün düşmənçilik, işğalçılıq mövqeyini saxlayıblar. Ona görə də erməni xalqına da düşmənçilik ediblər. Zaman gələcək ki, onlar Azərbaycan torpaqlarında törətdikləri cinayətlərə görə cavab verəcəklər."

Bayram Səfərov son olaraq bildirib ki, ermənilər danışıqlar prosesinin uzatmaqla işğalı unutdurmaq istəyir, bununla da Dağlıq Qarabağı erməniləşdirmək istiqamətində işlər görürlər: “Lakin onlar öz niyyətlərinə çatmayacaqlar. Şuşa və digər Azərbaycan torpaqlarının Ali baş komandanın rəhbərliyi altında işğaldan azad olunacağı gün uzaqda deyil”.

Məqalədə : Bayram Səfərov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 19:16

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status