Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2018
16:06
Rusiya Çinə Avrasiya İttifaqı ilə əməkdaşlığa icazə verdi

Rusiya hökuməti Avrasiya İqtisadi Birliyi və Çin arasında iqtisadi əməkdaşlıq haqqında saziş layihəsini təsdiq edib. FaktXəbər bildirir ki, bu barədə "Parlamentskaya qəzeta" RF nazirlər kabinetinə istinadən məlumat yayıb.

Saziş rəsmi Pekinlə Avrasiya İttifaqı arasında fitosanitariya, gömrük tənzimlənməsi, elektron kommersiya, intellektual mülkiyyət, dövlət satınalmaları və digər sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hüquqi çərçivənin yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi - 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistan və Qırğızıstan da Avrasiya İttifaqına qoşulub.

Quruma üzv olması nəzrədə tutulan ən real namizəd ölkələr isə bunlardır: Tacikistan, Moldova, Özbəkistan, Monqolustan, Türkmənistan, İran, Türkiyə, Suriya və Tunis.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Avrasiya İttifaqı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 04:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com