Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2018
12:50
SOCAR YDM-lərində qaz yoxdur? – RƏSMİ CAVAB

Bakı şəhər sakinindən  SOCAR-ın yanacaqdoldurma məntəqələri ilə bağlı FaktXeber.com-a şikayət daxil olub.

Şikayətçi yazır ki, SOCAR-ın aeroport yolunda yerləşən yanacaqdoldurma məntəqələrində avtomobilinə qaz vura bilmir. Məntəqənin işçiləri isə müxtəlif səbəblər göstərir – “Hava qalıb”, “qaz qurtarıb”.

Məsələni aydınlaşdırmaq məqsədiylə FaktXeber.com olaraq SOCAR-ın mətbuat xidməti ilə əlaqə saxladıq. SOCAR Petroliumun mətbuat katibi Üzeyir Həbibbəyli şirkətin yanacaqdoldurma məntəqələrində maye qazla bağlı hər hansı problemin yaşanmadığını bildirdi: “Bir ara təziqlə bağlı ləngimə oldu, lakin qısa müddət ərzində öz həllini tapdı. Əgər vətəndaş SOCAR YDM-lər ilə bağlı hər hansı sualı olarasa, dərhal  məntəqənin növbə rəisi və yaxud direktoruna müraciət edə bilər”.

Məqalədə : SOCAR  
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 17:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com