Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2018
09:59
Rusiyada uşağın oğurlandığı yerdən qorxunc məktub tapıldı

Buryatiya Respublikasının İvolqinsk  rayonunda qəribə şəraitdə 2 yaşlı uşaq itkin düşüb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə regional İstintaq Komitəsinin İstintaq İdarəsi xəbər yayıb.

Bildirilir ki, ana uşağı ilə birlikdə bacısıgilə qonaq gedir. Orda uşağı həyətə başqa uşaqlarla oynamağa yollayır. 20 dəqiqədən sonra  evə qayıtmaq istəyəndə ana uşağını tapmayıb. Başqa uşaqlar da onun necə itdiyini görməyiblər.

Hadisə yerinə polislər və kinoloq gəlsə də, uşağın izini tapa bilmirlər.

Bunun yanında, uşağın itdiyi ehtimal olunan yerdə üzərində «Öləcək» yazılan məktub tapılır.

Hazırda istintaq bunu kimin etdiyini və uşağın itməsi ilə nə dərəcədə əlaqəsi olduğunu araşdırır.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : oğurlandı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com