Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2018
11:37
Azərbaycan prezidenti Xaçmaza səfər edib

Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfər edib.

FaktXəbər-in məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.

Prezidenti Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Daha sonra “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışı olub.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov müəssisə barədə məlumat verib.

Prezident daha sonra Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 04:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com