Rusiyanın Suriyada itirdiyi təyyarələr - FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2018
16:39
2659
Rusiyanın Suriyada itirdiyi təyyarələr - FOTO

Rusiya ordusu Suriyada hərbi əməliyyatlara başladığı gündən bu yana bir çox təyyarə və helikopterini itirib. FaktXəbər bildirir ki, bunlardan bəziləri terrorçular tərəfindən vurulub, bəziləri isə texniki nasazlıq ucbatından yerə çırpılıb.

Rusiya Hərbi Hava Qüvvələrinin verdiyi dəstək Suriya ordusu üçün əhəmiyyəli olduğundan Moskva Əsəd ordusuna dəstəyini davam etdirir.

Rusiyanın bu günə kimi Suriyada itirdiyi təyyarə və helikopterlər bunlardır:

3 may 2018-ci il "Su-30SM" təyyarəsi Hmeymim aerodromundan qalxarkən yerə çırpılıb, ik pilot ölüb

24 noyabr 2015-ci ildə "SU-24M" bombardmançısı Türkiyənin "F-16" təyyarəsi tərəfindən vurulub, pilot ölüb, şturman sağ qalıb

Digər hadisədə 10 oktyabr 2017-ci ildə bombardmançı Hmeymim aerodromundan havaya qalxarkən yerə düşüb, iki pilot ölüb

6 may 2018-ci il "AN-26" hərbi yük təyyarəsi Hmeymimə enmək istəyərkən qəzaya uğrayıb, 39 nəfər ölüb

2016-cı ilin noyabrında "MiQ-29" qırıcısı Aralıq dənizinə düşüb, pilot sağ qalıb

3 fevral 2018-ci ildə "Su-25" qırıcısı terrorçular tərəfindən vurulub

2016-cı ilin dekabrında "Su-33" qırıcısı Aralıq dənizinə düşüb, pilot sağ qalmağı bacarıb

12 aprel 2016-cı ildə "Mi-28N" helikopteri yerə düşüb, iki pilot ölüb

Digər hadisədə 2017-ci ilin oktyabrında helikopter terrorçular tərəfindən vurulsa da, ekipaj xəsarət almayıb

2015-ci ilin oktyabrında "Mi-8" helikopteri terrorçular tərəfindən vurulub, 5 nəfər ölüb

2016-cı ildə "Mi-35M" vertolyotu terrorçular tərəfindən vurulub, iki pilot ölüb

31 dekabr 2017-ci ildə "Mi-24" helikopteri Həma şəhərində vurulub, iki pilot ölüb, bort mühəndisi sağ qalıb

Suriyada əməliyyatlar zamanı "Orlan-10" və "Eleron-5" pilotsuz təyyarələri də terrorçulardan tərəfindən vurulub.

Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 08:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com