Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2018
16:35
Dövlət İmtahan Mərkəzi bakalavrlara müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlara müraciət edib. 

Bu barədə FaktXeber.com-a Mərkəzdən məlumat verilib.

Məlumatda bildirilir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilib: "Həmin bakalavrlar aprelin 20-dən 30‑dək DİM-in internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 10 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib ki, onlardan 9 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrlarıdır. Həmin bakalavrlar 7 may 2018-ci il tarixində qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2018-ci il mayın 7-də vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında qabiliyyət imtahanında iştirak etməlidirlər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gürcüstan Qüdsdə səfirlik açdı

23

Yanvar
14:39
DÜNYA
218

Ötən gün 40 cinayətkar saxlanılıb

23

Yanvar
13:25
HÜQUQ,HADİSƏ
194
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 17:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru