Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2018
14:44
3894
Cənub zonasında turizmə təkan verəcək yol çəkilir - VİDEO

Lənkəranda uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Bu başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Lənkəranda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun ilk 10 km-lik hissəsi qara örtüklü, qalan 12 km-lik hissəsi isə torpaq örtüklüdür. Lakin uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun 10 km-lik hissəsində mövcud qara örtük 6 min kub.mhəcmdə sökülərək, kənara daşınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə12 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi işləri aparılır.

Sözügedən hissədə yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, çiyin hissələr bərkidilir.

Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının 24 sm hündürlükdə alt və16 sm hündürlükdə üst qatının tikintisi işləri aparılacaq. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək. Texnoloji ardıcıllığa riayət olunmaqla daha sonra əlaqələndirici bitum səpilərək yol asfaltlanacaq. Yola 7 və 5 sm hündürlükdə olmaqla 58 min kv.m sahədə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışığı döşənəcək.

Qeyd edək ki, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidən qurulması ilə 7.5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən turizmin inişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.

Məqalədə : Turizm 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
79

Azərbaycan nefti ucuzlaşıb

20

May
09:59
İQTİSADİYYAT
41

DİM bakalavrlara müraciət edib

20

May
09:55
ELM / TƏHSİL
41

Xarici valyutaların manata qarşı məzənnələri

20

May
09:42
İQTİSADİYYAT
1148

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1360
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 10:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru