Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2018
12:45
Gözün buynuz qişası əməliyyatının aparılmasına başlanılıb

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gözün buynuz qişası əməliyyatının aparılmasına başlanılıb.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, bu əməliyyat hər klinikada aparıla bilməz: “Ola bilər ki, hələ digər tibb müəssisələrinə gözün buynuz qişasının gətirməsinə icazə verilmir”.

Komitənin sədr müavini Musa Quliyev isə xatırladıb ki, gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı Nazirlər Kabineti qaydaları təsdiqləyib: “Təbii ki, gözün buynuz qişasını ölkəyə hər kəs gətirə bilməz”.

Xatırladaq ki, ötən il Azərbaycan prezident İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gözün buynuz qişası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 13:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com