Ermənilər Ağdamda mülki vətəndaşları atəşə tutub

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2018
11:10
2331
Ermənilər Ağdamda mülki vətəndaşları atəşə tutub

Ermənistan silahlı qüvvələrinin birləşmələri Ağdam rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutub.

Hadisə ötən gecə baş verib. 

Ağdam rayonunun cəbhə xəttində yerləşən Çəmənli kəndində idarənin əməkdaşları təmir bərpa işləri aparan zaman ermənilər tərəfindən atəşə məruz qalıblar. Bir neçə dəqiqə atəş altında saxlanılan idarə əməkdaşları arasında xəsarət alan olmasa da texnikaya ziyan dəyib. 

İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə çalışan aqreqata çoxlu sayda müxtəlif çaplı silahlardan atılan mərmi dəyib: "Çoxsaylı mərmidən aqreqat yararsız vəziyyətə düşüb. Çətinliklə də olsa texnika əməkdaşlarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Əməkdaşlarımızın çalışdığı ərazi ermənilər tərəfindən mütamadi atəşə məruz qaldığından təmir-bərpa işləri gecə saatlarında həyata keçirilir". (report)

Məqalədə : Ağdam 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 08:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com