Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2018
21:40
Murad Məmmədov: Rusiya idmançılarına hakimlər kömək edir - VİDEO

Yunan-Roma güləşçimiz Rəsul Çunayev Rusiyada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.

FaktXəbər-in məlumatına görə, 72 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rusiya güləşçisi Adam Kuraka qalib gəldiyi görüşdə uduzub – 5:9.

Olimpiya mükafatçımız final görüşündən sonra verdiyi açıqlamada uduzmasında zədələrinin ona mane olduğunu bildirib:

"Mənim belimdə yırtıq var. Bir-iki ay əvvələ qədər karyeramı bitirmək istəyirdim. Azərbaycan çempionatında zədəmə görə iştirak edə bilmədim. Tam sağalmağım üçün yarışlardan tam uzaqlaşmağım və bir il müalicə almağım lazımdır. Ancaq belə də olmur. Baş məşqçimiz Şaban Donat məni yığmaya yenidən qaytaran şəxs oldu. Hər dəfə iki-üç gün istirahət edirəm, sonra məşqə başlayıram. Ancaq zədə yenə öz sözünü deyir. Finalda da tam gücümlə mübarizə aparmağıma bu imkan vermədi".

***

Yunan-Roma güləşçimiz Murad Məmmədov Rusiyada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rusiya güləşçisi Sergey Yemelinə qalib gəldiyi görüşdə uduzub – 5:6.

Yeniyetmələr arasında dünya və Avropa çempionu olmuş idmançımız final görüşündən sonra verdiyi açıqlamada uduzmasında meydan sahibi olan idmançıya tərəfkeşlik olduğunu bildirib:

"Mən artıq finala çıxanda 0:1 hesabı ilə geridə başlamışdım. Rusiya idmançılarına hakimlər kömək edir. İkinci hissədə passivliyinə görə ona bir xal verilməli idi. Verilsə idi, hesab 6:6 olacaq və mən qalib gələcəkdim. Məğlubiyyətimdə müəyyən qədər ilk görüşlərdə rəqiblərimə xal verməməyim də təsir etdi. Hardasa müəyyən özünəarxayınlıq yaratdı. Ona görə də hesabda öndə olduğum görüşdə geriyə düşdüm. İstənilən halda, bu gümüş medal yeniyetmələr arasında qazandığım dünya və Avropa çempionatlarındakı qızıl medallardan üstündür".

***

16:40 - Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. FaktXəbər bildirir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.

Güləşçilərimizdən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəlib. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda hər iki güləşçimizin rəqibi Rusiya təmsilçisi olacaq.

Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb.

Elman Muxtarov (67 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşlərə qatılsalar da həlledici görüşə vəsiqə qazana bilməyiblər.  

Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

60 kq
FİNAL - Murad Məmmədov - Sergey Emelin (RUS)
81/2 final - Murad Məmmədov - Jacopo Sandron (İTA) 9:0
1/4 final - Murad Məmmədov - Maksim Kajarski (BLR) 3:0

67 kq
Təsəlliverici görüş - Elman Muxtarov - Karen Aslanyan (ARM) 3:5
1/8 final - Elman Muxtarov - Artem Surkov (RUS) 0:9

72 kq
FİNAL - Adam Kurak (RUS) - Rəsul Çunayev
1/2 final - Rəsul Çunayev - Yuri Lomadze (GEO) 9:3
1/4 final - Daniel Cataraga (MDA) - Rəsul Çunayev 2:3
1/8 final - Yuriy Kankou (BLR) - Rəsul Çunayev 0:9
1/16 final - Murat Dağ (TUR) - Rəsul Çunayev 1:4

82 kq
Bürünc medal görüşü - Rolan Şvarz (GER) - Rafiq Hüseynov
1/2 final - Viktar Sasunouski (BLR) - Rafiq Hüseynov 9:0
1/4 final - Zarko Dickov (SRB) - Rafiq Hüseynov 1:3
1/8 final - Rafiq Hüseynov - Zurabi Datunaşvili (GEO) 4:3

97 kq
Təsəlliverici görüş - Orxan Nuriyev - Balasz Kiss (HUN) 1:2
Təsəlliverici görüş - Nikolay Bayryakov (BUL) - Orxan Nuriyev 1:3
1/4 final - Orxan Nuriyev - Mixeil Kajaia (SRB) 1:3
1/8 final - T.Soost (SVK) - Orxan Nuriyev 0:8

Görüşlər aşağıdakı linklərdən canlı yayımlanacaq.

https://silatv.ru/

https://unitedworldwrestling.org/event/european-championships-3

A xalçası 
https://livestream.com/unitedworldwrestling/events/8161936

B xalçası 
https://livestream.com/unitedworldwrestling/events/8161937

C xalçası 
https://livestream.com/unitedworldwrestling/events/8161940

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : güləş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com