Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2018
15:16
Mövsüm Səmədov: Sarkisyan rejiminin devrilməsi zərurətdən irəli gələn məsələdir

Vəkil Bəhruz Bayramov Qobustandakı qapalı tipli həbsxanada müvəkkili AİP lideri Mövsüm Səmədovla görüşüb.

Bu barədə "İslaminSesi"nə vəkilin özü məlumat verib. O, M. Səmədovun sağlamlığının normal olduğunu, əhval-ruhiyyəsinin həmişəki kimi xoş ovqat bəxş etdiyini deyib.

Vəkil AİP lideri Mövsüm Səmədovun xalqımızı 12-ci imamımız İmam Zamanın(ə.f) mövludu bayramı münasibətilə səmimi qəlbdən təbrik etdiyini, bu bayramın dəyərindən bəhs edərək fərəc intizarının İslamın ən mühüm və vacib olan əməllərindən olmasını bildirdiyini qeyd edib və Hacının bu intizarın hər bir müsəlmanın, xüsusən Azərbaycanın çətin durumda olan mömin və möminə əhalisinin qürur və mübariz əhval-ruhiyyəsinin qorumasını Allahdan dilədiyini bildirib.

B.Bayramov qeyd edib ki, Hacı Mövsüm Səmədov regionda, xüsusən Ermənistanda baş verən hadisələr barədə də mövqeyini açıqlayıb:

“Sarkisyan rejiminin devrilməsi xalqını müharibə xofu və ölüm qorxusu altında saxlamağın, başqa sözlə, zülmün nəticəsi olaraq özünü göstərməklə yalnız bir ölkənin, bir bölgənin problemi deyil, mənəvi tənəzzülün nişanəsi olaraq bütün cəmiyyətlərdə haqq və ədalətin bərpası zərurətindən irəli gələn məsələdir."

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. Dünyanın tanınmış Beynəlxalq Təşkilatları tərəfindən siyasi məhbus kimi tanınır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mövsüm Səmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 11:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com