Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2018
11:00
3671
Dini Komitə Elşad Mirinin həbsini tələb etdi

Elşad Miri “İslamda yoxdur” adlı kitabına qoyulan qadağaya görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini verdiyi məhkəmə prosesi davam edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılan məhkəmə iclasında Komitənin hüquqşünası Xalid Məmmədov tərəfindən Elşad Mirinin sosial şəbəkədəki səhifəsində paylaşdığı iki şəkli hakimə göstərərək məhkəmədən xahiş edib ki, Elşad Miri barəsində Cinayət Məcəlləsinin 167-2-ci maddəsi ilə cinayət işinin başlanması üçün prokurorluğa müraciət edilsin.

İlahiyyatçı isə sonuncu şəklin Azərbaycanda deyil, Özbəkistanda çəkildiyini və Bakıda olarkən şəklin sosial mediaya yükləndiyini qeyd edib.

İddiaçının vəkili Elmar Süleymanov isə Özbəkistanda çəkilmiş şəkili əsas götürərək Elşad Mirini cinayət məsuliyyətinə cəlb etmə cəhdini, Komitəni bu işdə ziddiyətli və əsassız hesab edərək, Komitənin kitab qadağası ilə bağlı mövqeyinin zəifliyi və iddiaçıya təzyiq üsulu kimi qiymətləndirib.

Qeyd edək ki  CM-nin 167-2-ci maddəsinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma beş min manatdan (5000) yeddi min manatadək (7000) miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Vəkil bu məsələyə qiymət verərək qeyd edib ki, İddiaçının dini təyinatlı ədəbiyyatı yayma məqsədi ilə idxal etməsinə, satmasına və ya yaymasına dair heç bir sübut olmadan onu cinayət məsuliyyətinə cəlb etmək təşəbbüsü iddiaçının elmi araşdırmalarının qarşısını almaq, maarifləndirmə işini dayandırmaq və hüquqlarının müdafiəsindən vaz keçmək mesajı kimi qiymətləndirilməlidir.(modern.az)

Məqalədə : Elşad Miri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
143

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
281

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
245

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
75

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
43

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
76

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
51
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 00:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru