Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2018
21:05
Paşinyanın rusiyameylli açıqlaması ona zərbə vurdu

Ermənistan parlamentinin bugünkü iclasında ölkə müxalifətinin lideri Nikol Paşinyan lazım olan qədər səs toplaya bilməyib və baş nazir seçilməyib.

FaktXəbər-in Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, deputatlardan 45-i Paşinyanın “lehinə”, 55-i isə “əleyhinə” səs verib.

Bundan sonra Paşinyan tərəfdarlarını küçələrə çıxmağa səsləyib. Hazırda Yerevanın mərkəzi meydanına 80 min adam toplaşıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Paşinyan rusiyalı deputatlarla görüşərkən Rusiyameylli açıqlamalar verərək, ölkə sərhədlərinin rus hərbçilər tərəfindən qorunmasında problem görmədiyini, KTMT-də iştiraklarına sadiq qaldıqlarını və Avrasiya İttifaqının dəstəklədiklərini söyləmişdi. Görünür, Parlamentə olan qərbmeyyli deputatlar onun bu açıqlamasından narazı qalaraq, əleyhinə səs veriblər. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Paşinyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com