Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2018
16:28
2518
Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşib

“Zığ sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən nisbi aktivlik müşahidə olunur. Günəşli yaylası çökmə - oturma sahəsində aktivlik müşahidə edilməsə də, ərazidə geoloji proseslərin aktivləşməsi istiqamətində gərginlik saxlanılmaqdadır”.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Masazır sürüşmə sahəsində, Masazır qəsəbəsi “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsində sürüşmə - çökmə sahəsində aktivlik baş verib.

Ekspedisiya rəisinin sözlərinə görə, təbii və texnogen amillərin təsirindən Astarada Kijəbə və Miki sürüşmə sahələrində, rayonun Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu kilometrliyi uçqun və sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur: “Atmosfer yağıntıları və texnogen amillərin təsirindən Lənkəran-Lerik yolunun 17 -19 və 27 -29-cu kilometrliklərində yol boyu yamacda yeni lokal sürüşmə və uçqun sahələri yaranıb. Lənkəranın Gəgiran kəndində bir neçə lokal sahədə yeni sürüşmə və uçqun hadisələri baş verib. Masallıda Güllütəpə sürüşmə sahəsi atmosfer yağıntılarının təsirindən aktivləşib. Eyni zamanda, Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-26-cı kilometrliklərində təbii amillərin təsirindən sürüşmə sahəsində aktivlik qeydə alınıb. Bundan başqa, Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyi sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım baş verib”.

Ə. Qaralov qeyd edib ki, Xızı - Altıağac avtomobil yolunun 1-ci kilometrliyi sürüşmə sahəsi aktivləşib: “Avtomobil yolunun sağ və sol hissələrində bir neçə lokal sahədə çökmə - oturma qeydə alınıb. Şabranda Qazbabalı sürüşmə sahəsinin parametrlərində də artım baş verib. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə sahəsində təbii amillərin təsirindən aktivlik qeydə alınıb”.

Ekspedisiya rəisi deyib ki,  Şamaxı şəhəri, 48-A məhəlləsi sürüşmə sahəsi üzərində qeydə alınmış çatların ölçüləri artıb: “Ümumilikdə sürüşmə sahəsində təbii amillərin təsirindən aktivlik müşahidə olunur. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində bir neçə yerdə təbii amillərin təsirindən uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib.

Şamaxıda Cabanı və Dədəgünəş sürüşmə sahələrində də  təbii amillərin təsirindən aktivlik müşahidə olunur.

Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən sahədə sürüşmə aktivləşib və nəticədə lokal sahələrdə uçqun-töküntü hadisələri baş verib.

Ağsuda Qırlar sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən kütlənin üzərindəki çatlarda qismən genişlənmələr müşahidə olunur.

Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən nisbi aktivlik qeydə alınıb, yol boyu bir neçə yerdə yeni lokal sürüşmə sahələri yaranıb.

İsmayıllıda Zərnəva sürüşmə sahəsi təbii amillərin təsirindən aktivləşib, sürüşmə sahəsində çatların parametrlərində artım qeydə alınıb, sürüşmə sahəsinin sərhədləri genişlənib”.

Məqalədə : sürüşmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 15:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com