Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2018
11:35
Körpələr evindən qalmaqallı VİDEO

FakrXəbər-in verdiyi məlumata görə, müğənni Rəqsanənin qızı Aysun İnstagram-da qalmaqallı video paylaşıb. Video Bakıda yerləşən 1 saylı körpələr evində çəkilib. Kadrlardan göründüyü kimi körpələr evinə gələn ərzaq məhsulları maşına doldurularaq harasa aparılır. 

Aysun şəxsi hesabında paylaşıdığı videoya bunları yazıb: "Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır... O bazarlıqları siz hara aparırsız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də açıqlaması var".

FaktXəbər-in məlumatına görə, 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva "criminal.az" saytına açıqlamasında videodakı görüntüyə aydınlıq gətirib. Bildirib ki, Aysun körpələr evi yerləşən həyətdə nənəsi ilə kirayə yaşayır.

Baş həkimin sözlərinə görə, arpelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü idi.

''Aprelin 27-də isə qurban kəsib tortla bizim körpələr evinə gəlmişdi. Bizim işə gətirib, işdən aparmayıb... Videoda görsənən hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızını məhkəməyə verəcəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib polis çağırmırdı. 18 ildir orda işləyirəm, bir balam var. 7 bacı bizim xəstəxanaya daşıdığımızı el-aləm bilir. Biz bunu heç bir yerdə işıqlandırmırıq. Adam yetimə çörək verəndə onu işıqlandırmaz. Bu adam mənə şər atır. Atasız-anasız uşağın nəyin apara bilərəm axı?''- N.Əliyeva əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : körpələr evi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 18:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com