Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2018
12:33
Duqin: Türkiyə, Rusiya və İran Avrasiya pul vahidinə keçməlidir

Bəzi ölkələrin ABŞ dollarından asılılığı tənzimləmək üçün yollar axtardığı bir vaxtda Rusiya prezidenti Vladimir Putinin ideoloqu olduğu bildirilən Aleksandr Duqin Rusiya, Türkiyə və İranın Avrasiya pul vahidinə keçməsi lazım olduğu fikrini səsləndirib.

FaktXəbər-in məlumatına görə, o, bu barədə Beynəlxalq Əməkdaşlıq Platforması və Antalya Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə keçirilən "İnkişaf edən Avrasiyada Rusiya-Türkiyə münasibətlərinin gələcəyi" Sammitindəki çıxışında bildirib: 

"Avrasiya pul vahidi layihəsinin yaxın zamanda həyata keçəcəyini düşünürəm. Qazaxıstan çoxqütblü pul vahidinin təsvirini açıqladı. Avrasiya, İslami pul vahidi kimi məsələlər müzakirə edilir. Çin cəbhəsində "qızıl yuan" layihəsi var. Neft və qaz ticarətində ABŞ dolları istismarından imtina etmək məcburiyyətindəyik. Rusiya, İran və Türkiyə ABŞ-dakı qızıllarını çıxararaq, yeni pul vahidi yaratmalıdırlar. Bunun yaxın gələcəkdə yerinə yetirilməsinin mümkün olacağını düşünürəm. Mən bir geopolitikəm. Amma dəqiq tarix verə bilmərəm".

ABŞ rəhbərliyi iqtisadi sanksiya kartından aqressiv şəkildə istifadə edir. İlk olaraq Çini polad, sonra da Rusiya alüminium "silahı" ilə vurdu. Ağ Ev sanksiya həmlələrində yumşalacaqmı? ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin fonunda bu sualları cavablandıran Aleksandr Duqin Amerikanın yumşalmayacağını bildirir: "Güman edirəm ki, ABŞ sanksiyalar məsələsində yumşalmayacaq. Məntiqi olaraq təzyiq edirsinizsə, nəticələrini görməlisiniz. Və nəticələr gözlədikləri kimi deyil. Sanksiyaların nəticəsi olaraq Rusiya iqtisadiyyatı daha da gücləndi. Regional inteqrasiyanın alovlu tərəfdarıyam. Regional mənzərədə Afrikaya, Avrasiyaya inteqrasiya önə çıxır. Bu böyük bir mübarizədir. Bizə təzyiq göstərərək cəza verdiklərini güman edirlər, amma əslində bizi xilas edirlər. Qoy sanksiyalarını davam etdirsinlər. Çünki Rusiya və Çini qətiyyən embarqolarla boğa bilməzlər". 

Dugin Rusiyanın tətbiq edilən iqtisadi embarqoları yeni bazarlar taparaq keçdiyini qeyd edərək belə söyləyib: "Sanksiyalara qarşı başqa variantlarımız var. Yeni bazarlar var. Bəlkə onlarla ticarət aparmçayacağıq, amma Çin və Hindistan kimi nəhənglər var. Türkiyə, İran, Pakistan, Afrika və Latın Amerikası alternativlərdir. Bizim əvizimizə özlərini təcrid edirlər. Biz Şimali Koreya deyilik. Rusiya hər cəhətdən qlobal qüvvədir. Tarix, mədəniyyət və s. bütün ölçüləri ilə qlobal qüvvədir. Avrasiyaçılıq çıxış yolumuzdur. Qərb bizə sanksiyaları artırdıqca, daha da Avrasyaçı oluruq".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Duqin Avrasiya İttifaqı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com