Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2018
09:15
Vaqif Əsədov sürücülərin ən çox istifadə etdiyi BƏHANƏLƏRİ sadaladı

"Paytaxtın yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təminatı, ləngimələri yaradan hallar üzrə müşahidə olunan xətaların aradan qaldırılması diqqət mərkəzindədir".

FaktXəbər-in məlumatına görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib .

O, bildirib ki, hər bir hərəkət iştirakçısı təkcə qanun qadağaları ilə yox, həm də mənəvi məsuliyyətini aydın dərk etməlidir ki, dayanma, durma və parklanma qaydalarının pozulması, yollarda sıxlıq, tıxaclar və ləngimələr yaradır.

"Sürücü və piyadaların “tələsirəm, görmədim, bilmədim, xəstəm var, adam gözləyirəm – bir dəqiqəyə gəlir, uşaq məktəbdə qalıb, yolu tanımıram, dərman alıram”, - deyə-deyə dayanma, durma və parklanma qaydalarını pozması yollarda gündəlik vərdişə çevrilib. Başqa müşahidə olunan hallar da var. Məsələn, dayanma, durma və parklanma qaydalarını pozmaqla, nəqliyyat vasitəsini tərk edərkən mütləq avtomobilin salonunda “keşikçi-sərnişin” təyin edir. Bu keşikçinin məqsədi tərəfimizdən nəqliyyat vasitəsinin evakuasiya olunmasının qarşısını amaq, “bu dəqiqə gəlir” - deməkdən ibarət olur", - deyə o bildirib.

Başqa metodlar da tapılıb – daxili işlər orqanlarının və digər hüquq mühafizə orqanlarına məxsus fərqləndirmə nişanları olan gödəkçə, baş geyimi və mətbu qəzet və nəşrlərini və digər vasitələri əldə edib, nəqliyyat vasitəsinin görünən yerində qoymaqla, deyir ki, “avtomobilimə toxunmayın...”. Bu halları edənlər mütləq bilməli və agah olmalıdır ki, yolverilməz olan hər bir hal ictimai qınaq yaradır, foto və videoları çəkilməklə sosial şəbəkələrdə açılan müzakirələrdə diqqəti yol polisinin fəaliyyətinə yönəldir: "Hətta səbəblər o qədər sadədir ki, bu vəziyyəti yaradanlar özlərini haqlı hesab edir. İnzibati xəta tərkibi olduğunu nəzərə almadan yol verilən bu hallar yol polisini qayğılandırır. Əgər gün ərzində tərəfimizdən dayanma, durma və parklanma qaydalarının pozulması ilə 800-dən artıq inzibati protokol tərtib olunursa, 2000-dən artıq sürücüyə şifahi xəbərdarlıq varsa, onların arasında polisdən narazılıq edənlər tapılır. Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, qanunla qorunan inzibati hüquqlar yollarda təkcə ictimai təhlükəsizliyin təminatını yox, hərəkət iştirakçılarının ünvana vaxtında çatmasına yönəlib. Yalnız dayanacaq meydançasında, yol nişanlarının tələbinə əməl etməklə, sərnişinləri mindirmək və ya düşürtmək üçün müvafiq yerlərdə nəqliyyat vasitələrinin dayandırılmasına qanunla icazə verilir.

Əgər bir sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb, qəza işıqlarını yandırmaqla kimisə bir dəqiqə gözləyirsə, yaxud 30 saniyə intervalında kimisə mindirib düşürürsə, paytaxtın ən az yüklü olan küçə və prospektlərinin ikizolaqlı və üçzolaqlı eyni istiqamətli yollarında 60-dan artıq nəqliyyat vasitəsinin zəncirvari olaraq, günün pik və adi saatlarından asılı olaraq, 3-10 dəqiqə arasında ləngimə yaradır. Tərəfimizdən aparılan bu hesablamalar göstərir ki, yollarda süni olaraq yaranan bu hallar yalnız sürücü düşüncəsinin dəhlizlərində nəzərə alınmayan səhlənkarlıqdır. Bu hallar paytaxt sürücüləri sırasında çoxluq təşkil etməsə də gün ərzində hərəkətin intensiv olduğu küçələrdə sıx müşahidə olunmaqdadır".

Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, yol mədəniyyəti insanları və cəmiyyəti birləşdirən əsas meyardır: "Bu meyarı qorumaq hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, həm də mənəvi məsuliyyətidir. Çünki yollarda məsuliyyət həddən artıq fərdidir, özünəməxsusluq daşıyır. Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmaqla əməl etməlidir".

Məqalədə : Vaqif Əsədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20197

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18807

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20152

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19733

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25266

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19716

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19871
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 20:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru