Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2018
16:53
İraq məhkəməsi 19 rusiyalı qadına ömürlük həbs cəzası verdi

İraq məhkəməsi 19 rusiyalı qadın barəsində İŞİD terror təşkilatına qoşulmalarına görə ömürlük həbs cəzası çıxarıb.

FaktXəbər-in AFP-yə istnadən məlumatına görə, İraq həbsxanalarında məhkəmə qarşısına çıxarılmasını gözləyən daha 60 Rusiya vətəndaşı olan qadın var. Onlar barəsində müxtəlif ittihamlar var: İraq sərhədini qanunsuz keçmək, İŞİD terror təşkilatına qoşulmaq və terror aktları törətmək. Barələrində ölüm hökmü və ya ömürlük həbs cəzası çıxarılması gözlənilən qadınların əksəriyyəti İraqa ərlərinin arxasınca və ya birgə gediblər.

Xatırladaq ki, aprel ayında İraq məhkəməsi İŞİD terror təşkilatı üzvü olan 2 nəfər Azərbaycan, 3 Qırğızıstan və 16 Türkiyə vətəndaşı olan qadın barəsində ölüm hökmü çıxarıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 00:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com