Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2018
15:30
Sabah Türkiyədə seçki prosesi başlayır

Türkiyənin Ali Seçki Şurasının (ASŞ) 24 iyunda keçiriləcək növbədənkənar prezident və 27-ci dövr parlament seçkiləri üçün hazırladığı proqram çərçivəsində seçki prosesi sabah başlayır.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, prezident namizədliyi üçün müraciətlər 1 mayda başlayacaq. Seçicilər tərəfindən namizədliyi irəli sürülənlər üçün lazım olan 100 min imzanın 4-9 may tarixlərində toplanması lazımdır. 

Siyasi partiyalar prezidentliyə namizədlərini 5 may saat 17.00-yə qədər irəli sürə biləcəklər. 

Blok şəklində seçkilərə qatılmaq istəyən siyasi partiyaların sədrlərinin imzaları olan alyans protokolunun ASŞ-yə təqdim edilməsinin son günü isə 6 maydır.

Prezidentliyə müvəqqəti namizəd siyahısı mayın 10-də "Rəsmi Qəzet"də dərc olunacaq və apelyasiya müddəti başlayacaq. Etirazlar 11 may saat 17.00-yə qədər veriləcək. ASŞ etirazlarla bağlı 12 mayda qərar verəcək. 13 mayda isə prezidentliyə namizədlərin tam siyahısı "Rəsmi Qəzet"də dərc olunacaq və prezident seçkisinin təbliğat dövrü başlayacaq.

Siyasi partiyalar seçkiyə qatılacaqları seçki dairələrinə aid namizəd siyahılarını ASŞ-yə 21 maydan gec olmayaraq verəcəklər. Müstəqil deputat namizədliyi üçün rayon Seçki Komissiyalarına ediləcək müraciətin son günü də 21 maydır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 15:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com