Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2018
14:28
Formula 2-də ikinci yarışın qalibləri məlum oldu

14.28 - Bakıda FIA Formula 2 sinfində ikinci yarış başa çatıb. Bakının küləkli havasında gərgin keçən mübarizədə "ART Grand Prix"dən britaniyalı Corc Rassel yarışın qalibi olub.

İknici yeri "Carlin"dən braziliyalı Serxio Sette Kamara, üçüncü yeri isə "PERTAMINA PREMA Theodore Racing"dən niderlandlı Nik de Vries tutub.

***

Bakıda FIA Formula 2 sinfində ikinci yarış başlayıb.

10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 45 dəqiqə ərzində 21 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər.

Ötən gün 29 dövrəlik birinci yarışın qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon olub. İkinci yeri "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken tutub. Üçüncü yerdə isə "Charouz Racing System"dən italiyalı Antonio Fuoko gəlib.

Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.

Bu gün Qran Prinin qalibi məlum olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Formula 1 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com