Oğlu İranda təhsil alan ata Prezidentə müraciət etdi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2018
20:56
7292
Oğlu İranda təhsil alan ata Prezidentə müraciət etdi

İranın Qum şəhərində tibb üzrə təhsil alan Cəlilabad rayon sakini Şamxal Eyvazov saxlanılıb. Bu barədə onun ailəsi məlumat verib. Bildirilir ki, Şamxal Eyvazov martın 16-da Astara sərhəd-keçid məntəqəsində saxlanılıb və Bakıya aparılıb. 3-4 gün sonra isə ona heç bir problem olmadığı deyilib, ancaq ölkədən çıxışına qadağa qoyulub. Aprelin 27-də isə narkotik ittihamı ilə saxlanılıb.

Şamxal Eyvazovun atası Arzu Eyvazov oğlu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

"Azərbaycanda sabitlik və Azərbaycan xalqının xoşbəxtliyi bütün vicdanlı azərbaycanlılar üçün müqəddəs dəyərlərdir. Təəssüf ki, bu dəyərlərə sədaqətli bir qrup insan, məsuliyyətsiz məmurların təqsiri üzündən məsələn dini təhsil aldığı üçün, ya da bir müxaliflə qohumluq əlaqəsinə görə təqib olunur, şərlənir, hətta azadlıqdan məhrum edilir. Əslində vətəndaş hakimiyyətə qarşı qoyulur, dövlətə bağlılıq telləri baltalanır. 

Oğlum Eyvazov Şamxal kiçik qardaşı ilə birlikdə 16 mart 2018-ci il tarixində Novruz tətilini Vətəndə keçirmək üçün İranın Qum şəhərindən Azərbaycana yola düşdü. Gömrük məntəqəsində saxlanılan qardaşları Bakıya Daxili İşlər Nazirliyinin hansısa idarəsinə apardılar. İki qardaş 4 gün saxlandıqdan sonra azad edildi. Amma onların ölkədən çıxışına qadağa qoyuldu. 26 aprel 2018-ci il tarixinə qədər, yəni 37 gün ərzində aidiyyatı idarənin oğlum Şamxal Eyvazovun telefonla müraciətinə cavabı bu olub ki, bir neçə günə qadağa götürüləcək. 

Ötən gün, yəni 26 aprel günü axşam polis geyimində şəxslər Cəlilabad məscidinə gəlib və oğlum Şamxal Eyvazovu naməlum istiqamətdə aparıb. 

Mən dini kitabların tərcüməsi ilə məşğulam və müvəqqəti, ailəvi olaraq Qumda yaşayırıq. Oğlumla əlaqələr kəsilib, onun hansı ittihamla saxlanması barədə heç bir məlumatımız yoxdur. 

Azərbaycanı həyatı qədər sevən bir gənci yalnız dini təhsil aldığı üçün ya bir müxaliflə qohumluq əlaqəsinə görə təqib etmək Azərbaycanın dövlət maraqlarına uyğundurmu? Ümid edirik ki, Azərbaycan Prezidenti bu müraciətə cavab olaraq lazımi göstərişlər verəcək, Azərbaycan xalqı və dövlətinin maraqlarına uyğun olmayan bir addımın qarşısı alınacaq." 

Məqalədə : Prezident İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 15:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com