Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2018
14:49
İbadoğlu: Bu deputatların mandatları geri alınsın

"Azərbaycan dövlətinin nüfuzuna xələl gətirən deputatların mandatları geri alınsın."

FaktXəbər-in məlumatına görə bu sözləri iqtisadçı alim Qubad İbadoğlu Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı korrupsiya müzakirələrinə münasibət bildirərkən deyib. 

"Avropa Şurası Parlament Assembleyasının (AŞPA) korrupsiya ilə bağlı qəbul etdiyi hesabatda Azərbaycanla bağlı yer alan faktlar həm AŞPA-nın və həm də daha böyük mənada Azərbaycan dövlətinin nüfuzuna ciddi zərbədir", - deyə bildirən Qubad İbadoğlu qeyd edir ki, Azərbaycan hakimiyyət dairələri bu hesabatda açıqlanan korrupsiya faktları, rüşvət və digər vasitələrlə ələ alma hallarına adekvat reaksiya verməzsə, bu hesabat Qarabağ probleminin həllində Azərbaycanın haqq mövqeyinin müdafiəsini çətinləşdirəcək, ölkənin beynəlxalq reytinqlərini (Korrupsiya Qavrama İndeksini, Dünya Bankının yaxşı idarəetmə indikatorlarını, Biznes etmək və başqalarını) pisləşdirəcək, Avropadan və bütövlükdə Qərbdən turist və investisiya cəlbinə neqativ təsir göstərəcək: "Odur ki, təklif edirəm ki, bu hesabat Milli Məclisin plenar iclasında müzakirə olunsun, hesabatda adı hallanan deputatların məsələsinə etika komitəsində baxılsın və onların mandatları Azərbaycan dövlətinin nüfuzuna vurduğu zərbəyə görə geri alınsın."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qubad İbadoğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 17:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com