Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2018
16:05
DİM imtahanla bağlı məlumatlar açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də keçirilən dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, qeydiyyatdan keçmiş 1672 namizəddən 1490 nəfər DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən  658 (44.2%) nəfər imtahandan uğurla keçib.

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. Verilənlərə əsasən, imtahandan uğurla keçənlərin faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Bal intervalı

Qeydiyyatdan keçib

Test imtahanından uğurla keçib

Faizlə

(%)

0-100

7

0

12.5

101-200

60

15

25.0

201-300

296

99

33.4

301-400

446

184

41.3

401-500

382

201

52.6

501-600

233

121

51.9

601-700

66

38

57.6

Yekun:

1490

658

44.2

Müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 182 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayıb. Onlardan yalnız 18 nəfər (9.9%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 13 nəfər  xaricdə yerləşən təhsil müəssisələrini, 5 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Məqalədə : DİM imtahan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
25

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
501

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 14:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru