Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2018
14:18
Trampdan İlham Əliyevə: Sizinlə birgə işləmək əzmindəyəm

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

FaktXəbər-in məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.

Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DOnald Tramp İlham Əliyev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 04:17



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com