Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2018
12:50
Şənbə gününün hava proqnozu açıqlanıb

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 23-28, Bakıda gecə 12-14, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 28-də gündüz bəzi qərb rayonlarında, axşam isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 29-da atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da əlverişsizdir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67778

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65192

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67076

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66370

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71940

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66164

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66477
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-03-2021 05:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru