Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2018
12:36
Paşinyan: Etirazlara Rusiya və ABŞ müdaxilə etmir

Müxalifətçi deputat, xalq hərəkatının lideri Nikol Paşinyan bildirib ki, baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparmaq üçün onu "Mariot" hotelində gözləyir.
 
Ermənistanda baş nazirinin vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan isə müxalifət lideri Nikol Paşinyanla danışıqlardan imtina edib. Bu barədə nazirlər kabinetinin mətbuat katibi Aram Araratyan bildirib: "Karen Karapetyan öz fikrimdə qalır. Birtərəfli danışıqlar, danışıq sayıla bilməz".

Bu arada Paşinyan mətbuat konfransında deyib ki, Rusiya Ermənistanda baş verən proseslərə qarışmır, etirazlar ölkənin daxili işidir: "Rusiya beynəlxalq hüquqa hörmət edən dövlət kimi Ermənistanın daxili işlərinə qarışmır".
 
Onun sözlərinə görə, bu proseslərə həmçinin ABŞ və Avropa Birliyi də təsir göstərmir: "Bu, sırf Ermənsitanın daxili işidir. Mən dəfələrlə demişəm ki, bu hərəkatın önündə geosiyasi etiraz yoxdur".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Paşinyan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com