Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2018
11:32
Böyüklərə aman verməyən xəstəlik - quru öskürək

Yuxarı tənəffüs yollarının ən çətin, üzücü və uzun müddət çəkən simptomlarından biri də quru öskürəkdir. Yaş, nəm öskürək daha yaxşıdır, çünki yaş öskürəklə bronxlar daha tez təmizlənir.

FaktXəbər "medicina.az"-a istinadən bildirir ki, quru öskürəkdə isə bronxlardan demək olar heç nə ayrılmır, traxeya və bronxların qıcıqlanması nəticəsində sadəcə insanı öskürək yorur.

Quru öskürək - onun simptomudur ki, bronxlar və ağciyərlərdə problem var, lakin bəlğəm çox qatı olub və onu xaric etmək çətindir. Nəticədə sizi daha çox və uzun öskürək tutmaları boğur.

Quru öskürəyi yaradan səbəbləri tapmaq lazımdır, yalnız ondan sonra düzgün müalicə gedə bilər.

- Bronx, qırtlaq və traxeyanın iltihabı, pnevmaniya, bronxit və astma yaşlı insanlarda uşaqlara nisbətən daha çox rast gəlinir.

- Dərman preparatlarının yaratdığı təsir - elə dərmanlar, xüsusən təzyiq preparatları var ki, quru öskürək yarada bilər. Əgər hər hansı dərman qəbulundan sonra öskürək başlayıbsa, dərmanı dəyişin.

- Uzun müddət siqaret və tütün çəkmək: tütün tüstüsünün tərkibində olan maddələr bronxları qıcıqlandırır. Siqaret çəkənin bronxiti adlanan sindromda daimi quru öskürək olur. Bu simptom işi, peşəsi ilə əlaqədar tozlu, tüstülü və qazlı mühitdə çalışanlarda da başlayır.

- Allergik reaksiyalar - istənilən allergen boğazda qıcıqlanma və qəfil quru öskürək tutması verə bilər.

- Orqanizmin susuzlaşması - qəbul olunan su yetərli olmadıqda, bronxlarda bəlğəmi gətirməyə srəf etməyə maye olmayacaq.

- Emosional gərginlik, stres, həyəcan - artıq sinir sisteminin təsiri ilə quru öskürək verə bilər. Adətən bu hal gərginlik aradan qalxdıqdan və ya sakitləşdiricilər qəbul etdikdən sonra aradan qalxır.

Quru öskürəyi necə müalicə etməli?

İlk növbədə onu yaradan, kəskinləşdirən səbəb, simptom aradan qaldırılmalı, həkimin müalicəsi sona qədər davam etdirilməlidir.

Tam sağalana kimi quru öskürək tutmalarını yüngülləşdirmək üçün bu qaydalara əməl etməlisiz:

- Rütubət, nəmliyi təmin etmək - olduğunuz, yatdığınız otaqda hava təmiz olmalıdır. Kiçik pəncərəni açıq qoyun. Otağı yaş dəsmalla silin. Xüsusi otaq havalandırıcısı ilə otağa su püskürdün. Əgər belə vasitə yoxdursa, otaqda yaş dəsmal asın.

- Çoxlu maye qəbulu - həmişə əl altınızda isti maye, içki olsun: sadə su, bitki dəmləməsi, süd və s.

İsti suya limon qatıb içun. Yatmazdan əvvəl isə zəncəfilli çay için.

- Dərmanlarla müalicə - quru öskürəkdə istifadə olunan dərmanlar fərqli olur. Onlar bəlöəmgətirici, yumşaldıcı təsirli olmalıdır. Xüsusi siroplar, bitki tərkibli preparatlar və dərmanlar həkim tərəfindən təyin olunmalıdır.

- Xüsusi idman hərəkətləri - bronxlarda spazmı aradan qaldırmağa və bəlğəmi təmizləməyə kömək edən xhərəkətləri təkrarlamaq. Perkussion masajı deyilən masajla ağciyərlərdə qan dövranı yaxşılaşır, bronxlar açılır.

Məqalədə : quru öskürək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53500

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51673

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53173

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52878

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58238

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52511

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52902
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-11-2020 10:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru