Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2018
10:29
2436
`Sürücü tək özünü yox, başqalarını da düşünməlidir `

“Bakı yollarında yaranan tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır. Bakı şəhərinin küçə və prospektlərdə günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə kompaniya xarakteri daşımayan tədbirlər davam etdirilir”.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

O bildirib ki, inzibati ərazi üzrə avtomobil hərəkətinin intensiv olduğu istiqamətlərdə yol təmiri ilə əlaqədar olaraq, sürücülər təmkinlə və ehtiyatla qaydalara əməl etməlidir. Xüsusilə, yerlərdə aparılan monitorinq və araşdırmalar göstərir ki, təmirlə bağlı məhdudlaşdırılan yollarda sürücülərin əksəriyyəti qarşı yola keçməklə üstünlüyü olan avtomobilin hərəkətini dayandırmaqla sünü tıxacın yaranmasına səbəb olur.

“Yol qovşaqlarında hərəkət işıqforlala, yol nişanları ilə nizamlanır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, bir sıra hallarda yollarda qurulan texnologiyalara məhəl qoyulmur. Sünü olaraq yaranan tıxacların və sıxlığın aradan qaldırılması, yaxud yaranmaması üçün əlavə yol polisi tərəfindən naryad-qüvvələr cəlb olunur. Günün pik saatlarında süni tıxac və sıxlığın intensiv olduğu yollarda vəziyyətin aradan qalxması üçün hər bir sürücüyə tövsiyyə olunur ki, nəzərdə tutulan zolaq üzrə hərəkətə üstünlük verməklə avtomobillərini idarə etsinlər.

Müqayisə və ya istinadla deyə bilərik ki, hər bir şəhər sakini evdən çıxıb hansısa ünvana gedərkən ilk olaraq mənzil başına tez çatmaq haqqında fikirləşir. Ancaq hər bir hərəkət iştirakçısı tək özünü yox, başqalarını da düşünməli, “tələsirəm” deyib, yolda zəncirvarı problemlər yaratmamalı, tövsiyələrə həssas yanaşmalıdır.

Yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etməli, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşmalıdır”, - V.Əsədov əlavə edib.

Məqalədə : Sürücü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1039

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 17:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru