Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2018
14:45
2786
Wikileaks: ABŞ səfirliyi Paşinyana sığınacaq veribmiş

Ermənistanın baş naziri Serj Sarkisyanı istefa verməə məcbur edən Nikol Paşinyanla bağlı ilginc faktlar üzə çıxıb. Belə ki, Paşinyanın yaxın keçmişdə ABŞ-la sıx əlaqələri gündəmə gətirilib.

Parlamentdəki "Yelk" fraksiyasının tərkibində olan Vətəndaş Müqaviləsi partiyasının lideri olan Paşinyanın 2008-ci ildə ABŞ səfirliyində gizlənməsi iddia edilir. Sarkisyanın 2008-ci ildə ilk dəfə prezident seçilməsindən sonra ona qarşı keçirilən etirazlarda iştirak edən müxalif lider etirazlarda iştirakına görə 7 il həbs cəzası alıb. Həbs edilənə qədər isə ABŞ səfirliyinin ona sığınacaq verdiyi bildirilir.

FaktXəbər bildirir ki, Wikileaks saytının məlumatlarında 28 mart 2008-ci ildə Paşinyanın Ermənistanda axtarışda olduğu vaxt ABŞ səfirliyində gizlənməsindən bəhs olunur. Ermənistan Təhlükəsizlik Xidməti həmin vaxt Paşinyanın ABŞ Səfirliyində saxlanmasından şübhələndiyi üçün səfirliyə məsələ ilə bağlı sorğu göndərib.
 
ABŞ səfirliyi həmin vaxt Paşinyanın səfirlikdə olmasını təsdiqləməyib və onunla bağlı bəyanat səsləndirib: "Paşinyanla aylardır ünsiyyətimiz olmayıb. Uzun müddətdir ki, Paşinyanla birbaşa ünsiyyətdən qaçırıq və onu adət edildiyi kimi səfirliyə dəvət etməmişik, çünki onu konstruktiv olmayan radikal bir fiqur kimi görürük".
 
ABŞ səfirliyinin 22 yanvar 2010-cu il tarixli başqa bir bəyanatında isə Paşinyana verilən həbs cəzasına hüquqi qiymət verilib: "Bəzi vətəndaşlar Paşinyanın 1 martda qıcıqlandırıcı bəyanatlar verdiyini, nümayişçilərdən yerdəki əşyaları alaraq (daşlar, metallar) özlərini müdafiə etmələrini istədiyini bildirir. İfadələrə görə, Paşinyan eyni zamanda aktivistləri sonuna qədər döyüşməyə çağırıb, bunun bir inqilab olduğunu deyib və bənzər provokatif bəyanatlar verib".

Məqalədə : Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
640

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
126

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
93

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
85
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 00:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru