Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2018
12:10
Bakı metrosunda sıxlığın əsas səbəbi - CƏDVƏL

Bakı metropolitenindəki stansiya sayı 25-dir. Metrodakı sıxlığın əsas səbəbi də məhz stansiyaların azlığıdır. Hazırda dünyada fəaliyyət göstərən 169 metro sistemini araşdırdıq. İl ərzində hər stansiyadan Azərbaycanın əhalisi qədər sərnişin istifadə edir. Bu da sıxlığın yaranmasının əsas səbəblərindən biridir. Bakıdan başqa bu hal Minsk və Karakasda müşahidə olunur. Amma, məsələn, Minskdə digər nəqliyyat növləri və sayı Bakıdakından çoxdur, halbuki şəhər əhalisi daha azdır.

Bakıda cəmi 148 avtobus marşrutu üzrə 2046 avtobus hərəkət etdiyi halda, Minskdə 167 avtobus, 65 trolleybus, 7 tramvay, 1 elektrobus və şəhər elektrik qatarı var. Bütün marşrutlar üzrə 2897 nəqliyyat növü xidmət göstərir. Həm marşrut, həm nəqliyyat növü, həm də əhalisi daha az olan Minsk irəlidədir.

Bakı stansiyalarda sıxlığa görə 14-cü yerdədir. Əslində siyahıda  Azərbaycandan öndə olan ölkələrin hamısı böyükdür. Onlardan yalnız birinin – Belarusun əhalisi Azərbaycandakı ilə demək olar ki, eynidir.

Aşağıda hər stansiyada daşınan sərnişinlərin sayına uyğun bölgü aparmışıq. Hər şəhərin qarşısında klikləsəniz bir metro stansiyasına düşən sərnişin sayını görəcəksiniz. (Hazırda Bakı metrosunda 1 stansiyanın işləməməsi nəzərə alınmayıb).

Karakasda isə metronun 49 stansiyasından başqa kanatla hərəkət edən metrokeybl sistemi var ki, onun da 7 stansiyası sərnişinlərə xidmət göstərir. Beləliklə, hətta ən yaxın müqayisəli ölkə və şəhərlərdə Bakı metropolitenində olan sıxlıq müşahidə edilmir.

Məqalədə Bakı Nəqliyyat Agentliyinin, Minsktrans-ın, müxtəlif ölkələrin metropolitenləri haqda açıq databazalardan istifadə olunub.(eslinde.com)

Məqalədə : metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13927

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12582

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13990

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13589

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18954

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13458

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13562
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 05:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru