Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2018
10:12
2412
Səudiyyənin “Suriyaya qoşun yolla” şərtinə Qətərin cavabı

Səudiyyənin Qətərlə barışıq şərti kimi Suriyaya qoşun göndərmə təklifinə Qətərdən cavab gəlib. FaktXeber.com-un verdiyi məlumata görə, Qətər XİN rəhbəri Muhəmməd bin Əbdürrəhman Əl –Sani bununla bağlı Tvitterdə şərh yazıb.

«Suriya dünyadakı  ən pis humanitar fəlakət halını almağa başlayıb. Suriya beynəlxalq cəmiyyət olaraq hər birimizin məsuliyyətindədir», - deyən Əl-Sani böhrana  siyasi həll yolunun tapılması çağırışını edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr "Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, Suriyaya qoşunlarını göndərməlidir" şərtini irəli sürmüşdü.

"Qətər Suriyada ABŞ qoşunlarının olmasına görə pul ödəməlidir və ABŞ prezidenti Qətəri müdafiə etməkdən imtina etməmiş, bu ölkəyə öz qoşunlarını göndərməlidir",-deyə səudiyyəli nazir əlavə etmişdi.

Səudiyyə Ərəbistanının XİN rəhbəri həmçinin demişdi ki, əgər ABŞ Qətərin təhlükəsizliyi təmin etməkdən imtina edərsə, onda rejimi həftə ərzində devriləcək.

Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp ötən ay Səudiyyə Ərəbistanına Qətərlə barışması barədə göstəriş vermişdi. Görünür Səudiyyə rəhbərliyi də Qətərlə barışıq şərtlərindən biri kimi məhz bu ölkənin Suriyaya qoşun göndərməsini irəli sürüb.

Məqalədə : Qətər Suriya Səudiyyə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 15:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru