Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2018
09:50
2677
Azərbaycandakı vulkanların palçığında qızıl, gümüş aşkarlanıb

Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, gümüş, dəmir, mis, titan, yeni minerallar və s. aşkar edilib.

FaktXəbər-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Trend-ə  açıqlamasında deyib.

O qeyd edib ki, palçıq vulkanlarının "sakit" dövründə axaraq Yer səthinə çıxardığı palçığın tərkibində təbii əmələ gəlmiş qızıl, gümüş, mis, titan, mineral maddələr və s.-ə rast gəliblər.

Əvvəllər bu sahənin öyrənilmədiyini deyən alimin sözlərinə görə, son 2 il ərzində bu istiqamətdə ukraynalı mütəxəssislərlə birgə iş aparılır.

A.Əliyev bu tədqiqatlar nəticəsində çox yaxşı nəticələrin əldə edildiyini də söyləyib.

Bu istiqamətdə tədiqatların aparılması üçün ölkənin müxtəlif tektonik zonalarından - Abşeron yarımadasında, Şamaxı-Qobustan bölgəsi, Xəzəryanı ərazilərdən, Cənub-şərqi Şirvandan 20 vulkan seçilib:

"Bu vulkanların hamısında təbii əmələ gəlmiş komponentlər aşkarlanıb. Sadəcə, onların tərkibindəki bu elementlərin miqdarı müxtəlifdir. Birində qızıl, birində gümüş, başqa birində həm qızıl, həm gümüş tapılıb".

A.Əliyev qeyd edib ki, palçıq vulkanlarının palçığındakı qızıl, gümüşdən hər hansı məqsəd üçün ayrıca olaraq, istifadə etmək mümkün deyil. Çünki palçıqlarda onların miqdarı olduqca kiçikdir:

"Onlar 20, 50, 60 mikron, yəni nöqtə boyda olurlar. Palçığın tərkibində qızılın, gümüşün və s-nin necə əmələ gəldiyini, onların əmələ gəlmə səbəblərini öyrənmək elm üçün maraqlıdır. Ona görə də bu nəticələr yalnız elmi cəhətdən böyük maraq doğurur. Bu vaxta qədər bu istiqamətdə məlumatlar olmadığından bu sahənin araşdırılması bizim üçün yeni istiqamətdir. Yalnız Azərbaycanda deyil, ümumiyyətlə, heç dünya miqyasında belə tədqiqatlar aparılmayıb. Bu işlər ilk dəfə Ukraynada aparılıb, indi isə Azərbaycanda aparılır".

Məqalədə : vulkan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
295

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
227

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
161

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
150

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
377

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
289

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
230

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
183
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 00:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru