Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2018
09:41
ABŞ hökuməti Sietldə Rusiya Konsulluğuna basqın edib - VİDEO

FaktXeber.com-un məlumatına görə, Rusiya XİN rəhbərinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ hökumətinin  Sietldə Rusiya Konsulluğuna basqınını şərh edib.

«Baxmağa tələsin: ABŞ hakimiyyəti Rusiyanın Sietldəkı baş konsulluğunun bina kompleksini zəbt etməyə başlayıb. Dövlət tərəfindən reyder basqını: nadir görüntüdür», deyə diplomat  Facebook-da yazıb.

Qeyd edək ki, Amerika hökumətinin nümayəndələri  rezidensiyanın ərazisinə girərək, binaya basqın etmişdilər. Dövlət Departamenti diplomatik əmlaka basqını «Rusiyanın fəaliyyətinə qanuni cavab» adlandırıblar.

Rusiya səfirliyi ABŞ hökumətini diplomatik əlaqələr konvensiyasının  kobud şəkildə pozmaqdla ittiham edib və Moskvanın cavab tədbiri görəcxəyinə vəd verib.

Baş Konsulluğun  bütün işçiləri bir neçə gün öncə diplomatik obyekti tərk ediblər. Müəssisənin özü isə Amerika tərəfindən göstəriş verildiyi kimi aprelin 2-də işini dayandırmışdı. Həmin vaxtdan etibarən  rezidensiyada əşyalar və sənədlər toplanır, həmçinin bina konservasiya üçün hazırlanırdı.

Xatırladaq ki, martın sonunda Vaşinqton Sietldəki baş konsulluğun bağlandığını elan etmişdi və aprelin 25-nə kimi  rezidensianı tərk etmək barədə göstəriş vermişdi. Bundan başqa ABŞ hökuməti 60 rusiyalı diplomatı, o cümlədən BMT yanında missiyanın 12 əməkdaşının ölkəni tərk etməsini tələb etmişdi.

Vaşinqton öz fəaliyyətini RF MKİ-nin sabiq əməkdaşı Serqey Skripal və qızı Yuliyaya sui-qəsddə heç bir dəlil gətirmədən «Moskvanın əli olması» ilə izah etmişdi

Buna cavab olaraq RF MİD eyni sayda amerikalı diplomatınölkədən çıxarılması barədə elan etmiş, zhəmçinin ABŞ-ın Peterburqdakı konsulluğunun işləmə iznini ləğv etmişdi. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya konsulluğu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com