Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2018
22:23
Rusiya Ermənistandakı vəziyyətdən narahatdır - PUTİN ZƏNG VURDU

Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında bu gün telefon danışığı aparılıb.

FaktXəbər-in bildirdiyinə görə, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Müzakirə zamanı Putin və Sarkisyan böhranın aradan qaldırılması üçün münaqişə edən tərəflər təmkin və məsuliyyət göstərməli, mövcud problemlərin konstruktiv dialoq vasitəsilə, sırf Konstitusiya çərçivəsində həllinə hazır olmalıdırlar.

Qeyd edək ki, Rusiyanın Xarici işlər nazirliyi də Ermənistanda hadisələrin hüquqi müstəvidə, konstitusiya çərçivəsində inkişaf edəcəyinə ümidvar olduğunu bəyan edib.

“Ermənistanda daxili siyasi şəraitin inkişafını diqqətlə izləməyə davam edirik. Bizim ölkələri tarixi ənənəvi dostluq, çoxtərəfli əməkdaşlıq və müttəfiq əlaqələri birləşdirir.

Ümid edirik ki, orada vəziyyət müstəsna olaraq hüquqi müstəvidə, konstitusiya çərçivəsində inkişaf edəcək, siyasi qüvvələr isə məsul şəkildə konstruktiv dialoqa hazır olduqlarını nümayiş etdirəcək”, - deyə XİN-nin bəyanatında qeyd 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Putin Sarkisyan Rusiya Ermənistan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 00:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com