Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Ağdaş rayonunda iki istiqamət üzrə ümumilikdə 17 kəndi birləşdirən və 60 kilometr uzunluğu olan müasir avtomobil yolları inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda uzunluğu 27 kilometr olan Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun yenidən qurulması işləri həyata keçirilir.
İki hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulan bu yolun hərəkət hissəsi 6 metr, çiyinləri 2 metr, yol yatağının eni isə 10 metrdir.
Yol yatağında tarazlıq və bərkitmə işlərindən sonra asfalt örtüyünün döşənməsinə başlanılıb. Hazırda müxtəlif təyinatlı ağır texnikalar və işçi qüvvəsi yola asfalt örtüyünün döşənməsi işlərinə cəlb olunub.
Müasir yol infrastrukturunun yaradılmasından sonra ətrafdakı kəndlərin sakinlərinin Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarına rahat çıxışı təmin olunacaq.
Hazırda rayonda yenidən qurulan yollardan biri də Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yoludur. Uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
Yolun 7 kilometrlik hissəsinə 2 qat asfalt örtüyü vurulub. Yolun 12 kilometrlik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması işlərinə start verilib. Rayonun 10 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisi Ağdaş şəhərinə gediş-gəlişi rahatlaşacaq. (APA)

Parlament seçkilərini müşahidə üçün ATƏT/DTİHB və ATƏT PA-ya dəvət göndərilib
10
Dekabr
Nazir: "Müəllimlər savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar"
10
Dekabr- 10-12-2019 17:01 Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
- 10-12-2019 15:06 İordaniya Kralı Azərbaycana rəsmi səfərə gəlib
- 10-12-2019 14:51 Elmira Süleymanovaya yeni vəzifə verilib
- 10-12-2019 14:17 Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
- 10-12-2019 13:09 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir
- 10-12-2019 13:04 Sabahın hava proqnozu açıqlanıb
- 10-12-2019 12:32 Dövlət Komitəsi: Əbu Bəkr məscidi yenidən açılacaq
- 10-12-2019 10:35 DSX hava limanında 2 elektron qapı quraşdırıb
- 09-12-2019 17:51 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verilir
- 09-12-2019 16:41 Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib - SƏRƏNCAM
- 09-12-2019 16:07 DYP-nin sahə rəisi bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb
- 09-12-2019 13:01 Bu ərazilərdə işıq olmayacaq
- 09-12-2019 12:59 Sabahın hava proqnozu açıqlanıb
- 09-12-2019 12:27 Sahil Babayev: "Nazirlik bu il 81 min nəfəri işlə təmin edib"
- 09-12-2019 12:03 Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb
- 09-12-2019 11:28 Bu ilin sonuncu Günəş tutulması dekabrın 26-da olacaq
- 09-12-2019 11:26 Əbülfəs Qarayev: Bakı yaradıcı şəhər adına layiq olduğunu sübut etməlidir
- 09-12-2019 11:06 Faktiki hava şəraiti açıqlandı
- 09-12-2019 10:30 Dünya bazarlarında təbii qaz ucuzlaşıb
- 09-12-2019 08:40 Kənd yumurtaları alarkən diqqətli olun
- 07-12-2019 14:24 MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
- 07-12-2019 13:25 Xətai rayonunda su olmayacaq
- 07-12-2019 13:18 Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- 07-12-2019 12:00 Neft yenidən bahalaşıb
- 07-12-2019 11:55 İran Azərbaycanla kosmik sahədə əməkdaşlıqda maraqlıdır