Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

25 Aprel

2018
09:58
2643
Təbriz küçəsində işlər qismən yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində təmir işləri davam etdirilir.

Agentlikdən verilən məlumata görə, 3,5 km uzunluğa malik küçənin artıq 1,1 km əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Sözügedən hissə Nəriman rayonunun böyük və hərəkət intensivliyi ilə seçilən küçələri - Əliyar Əliyev, Ağa Nemətulla, Əhməd Rəcəbli, Həsənoğlu küçələri ilə kəsişir. Küçənin bu ərazisində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət və 28 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənib.

Bundan başqa, təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kv.m sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yol ayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb. Yeni inşa edilən yol ayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə mövcud yol ayrıcına 755 kv.m tamet daşları döşənib. Məqsəd həmin ərazidə nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir.

Təbriz küçəsinin yenicə təmirdən çıxmış hissəsində mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə 6 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton hissələri qaldırılaraq 30 ədəd yeni baxış qapaqları qoyulub.

Küçənin qalan 2,4 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri davam etdirilir. Yenidənqurma işləri zamanı küçənin 45 min kv.m sahəsi frezlənib, küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 2,9 km uzunluğunda yeni su xətləri, 1,5 km uzunluğunda isə yeni qaz xətləri çəkilib, mövcud rabitə xətləri yenilənib, yol boyu 6,5 km uzunluğunda yeni səki daşı düzülüb. Ümumilikdə isə yol boyu 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənir, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılır.(apa)

Məqalədə : TƏBRİZ KÜÇƏSİ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan tərəvəz ixracını 40% artırıb

24

Aprel
11:52
İQTİSADİYYAT
2

Rusiya NATO-ya xəbərdarlıq etdi

24

Aprel
11:47
DÜNYA
363

Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb

24

Aprel
11:23
AİLƏ, SAĞLAMLIQ
1637

Bu gündən peyvəndləmə işlərinə başlanılıb

24

Aprel
11:10
AİLƏ, SAĞLAMLIQ
1037

BNA müxtəlif təyinatlı işıqforlar alır

24

Aprel
10:28
NƏQLİYYAT
32

Ramil Usubovdan yeni təyinat

24

Aprel
10:09
HÜQUQ,HADİSƏ
65

Yanukoviç Ukraynaya qayıtmaq istəyir

24

Aprel
10:01
DÜNYA
60

"Babək"də qəza: altı yaralı - VİDEO

24

Aprel
09:27
HÜQUQ,HADİSƏ
84

Xarici valyutaların manata qarşı məzənnələri

24

Aprel
09:25
İQTİSADİYYAT
58
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 11:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru